Koronavirus təhülkəsi: 14 türk İrandan Ankaraya gətirildi

Koronavirus təhülkəsi: 14 türk İrandan Ankaraya gətirildi

İranda aşkarlanan koronavirus səbəbiylə ölkələrinə qayıtmaq istəyən Türkiyə vətəndaşları Ankaraya gətirilib.

Bu barədə "Yeni Akit" məlumat yayıb.

Ölkəyə gətirilən 14 nəfər 2 həftə boyunca karantində saxlanılacaq. Onlar üçün xüsusi xəstəxana ayrılıb.

Qeyd edək ki, İranda bundan öncə koronavirusdan ölənlərin sayının 16-ya çatdığı bildirilmişdi.

İran parlamentinin Qumdan olan deputatı Əhməd Əmirabadi isə son iki həftə ərzində Qumda koronavirusdan 50 nəfərin öldüyünü iddia etmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31