Hindistan ABŞ-dan silah alacaq - Tramp məbləği açıqladı
Hindistan ABŞ-dan silah alacaq - Tramp məbləği açıqladı
25 Fevral 2020 16:59 DünyaABŞ lideri Donald Tramp Hindistanın ABŞ-dan 3 milyard dollar dəyərində silah alacağını açıqlayıb.
D.Tramp bunu Hindistanın Baş naziri Narendra Modi ilə keçirdiyi mətbuat konfransında bildirib.
"Biz Hindistanın "Apache" və "MH-60R" vertolyotları da daxil olmaqla 3 milyard dollardan çox dəyərdə ABŞ silahları almasına razılaşdıq", - deyə D.Tramp deyib.
Qeyd edək ki, Amerika lideri Hindistanda rəsmi səfərdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31