Şok olay: Səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
Şok olay: Səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
25 Fevral 2020 16:04 Dünyaİranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini və koronavirusla mübarizə komitəsinin katibi İrəc Hərirçi yeni koronavirusa oluxub.
Bu barədə nazir müavini özü videomüraciətlə elan edib.
İ.Hərirçinin sözlərinə görə, ötən gün bədəninin temperaturu qalxıb və analiz verib.
Nazir əlavə edib ki, bu gün analizlərin nəticəsinə əsasən yeni koronavirus təsdiqlənib:
"Mən özümü hazırda təcrid etmişəm. Ümumilikdə vəziyyətim yaxşıdır. İşləri telefon vasitəsi ilə idarə edirəm".
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31