Gənc aktrisalara təcavüz edən prodüser MƏHKƏMƏ QARŞISINDA — 25 İL HƏBS GÖZLƏYİR
Gənc aktrisalara təcavüz edən prodüser MƏHKƏMƏ QARŞISINDA — 25 İL HƏBS GÖZLƏYİR
25 Fevral 2020 14:40 DünyaABŞ-ın "Nyu York City Manhetten" məhkəməsi, 11 martda cinsi təcavüzdə məhkum edilən məşhur prodüser Harvi Vaynşteyni mühakimə edəcək. Bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, məhkəmə heyəti qərarlarını elan etdikdən dərhal sonra hakim Ceyms Berk, hökmün martın 11-də baş tutacağını elan edib. Bu zamana qədər Vaynşteynin vəkili sağlamlıq səbəbi ilə evdə hökm çıxmasını gözləməsinə icazə verməsini istəsə də, hakim onun həbsdə qalacağını bildirib.
24 fevralda məhkəmə münsif heyəti prodüser Harvi Vaynşteyni iki qadına qarşı cinsi təcavüzdə ittiham edərək, günahkar elan ediblər.
Əgər Vaynşteynin günahı tam sübuta yetirilərsə, onu 5 ildən 25 ilə qədər həbs cəzası gözləyir.
Bir çox qadına cinsi təcavüz etməkdə ittiham olunan material 2017-ci ilin oktyabr ayında "The New York Times" qəzetində dərc edilib.
Qəzetin yazdığına görə, prodüser 30 ildir öz şirkətinin işçiləri və gənc aktrisalarını onlara karyera yüksəlişini vəd edərək qarşılıqlı münasibətlər yaratmağa məcbur edib. Nəticədə Hollivud ulduzları Ancelina Coli, Qvinet Peltrou və Salma Heyek də daxil olmaqla 80-dən çox qadın Vanşteynə qarşı ittiham irəli sürüb.
Harvi Vaynşteyn isə bu ittihamları rədd edir.
ölkə.az