Antarktidada qırmızı qar yağıb - FOTO

Antarktidada qırmızı qar yağıb - FOTO

Hazırda yay fəslinin olduğu Antarktidada Ukraynanın "Akademik Vernadskiy" tədqiqat stansiyası yerləşən ərazidə qırmızı qar yağıb.

Bu barədə Ukrayna Elm və Təhsil Nazirliyi "Facebook" səhifəsində xəbər paylaşıb.

Bərk şaxtadan qorxmayan, bir qədər isinmə olanda sporaları böyüməyə başlayan Chlamydomonas nivalis adlı mikroskopik yosunların qara qırmızımtıl çalar verdiyi bildirilir.

Nazirlik bənzər halların Arktikada, həmçinin yüksək dağlıq ərazilərdə də rast gəlindiyini qeyd edib.

erdiyi bildirilir.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31