Türk kəşfiyyatından intiqam əməliyyatı - “Səbri Tori” məhv edildi

Türk kəşfiyyatından intiqam əməliyyatı - “Səbri Tori” məhv edildi

PKK terror təşkilatının Mahmur-Kərkük üzrə əyalət rəhbəri, qatı terrorçu Yəhya Duman Türkiyə Milli Kəşfiyyat Xidməti (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSK) birgə əməliyyatı sayəsində məhv edilib.

Türk mətbuatının kəşfiyyat qaynaqlarından əldə etdiyi məlumata görə, İnterpoll tərəfindən qırmızı xətlə axtarışa verilən "Səbri Tori" ləqəbli Yəhya Duman 1993-cü ildə PKK-ya qatılıb.

Siirit və Şırnak istiqamətində terror aktları həyata keçirib, 2016-cı ildə Mardində Darkeçid və Dibəkli keçid məntəqələrinə silahlı hücuma rəhbərlik edib.

Məlumata görə, MİT və TSK tərəfindən İraqın Sincar bölgəsində həyata keçirilən əməliyyat sayəsində öldürülən Yəhya Duman PKK-nın İraqdakı xüsusi məktəbində ideoloji və hərbi dərs keçib.

Terrorçu 2019-cu ildən PKK-nın Mahmur-Kərkük əyaləti üzrə səlahiyyətli nümayəndəsi təyin edilibmiş.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31