Gürcüstan sovet işğalına görə bayraqlarını endirdi
Gürcüstan sovet işğalına görə bayraqlarını endirdi
25 Fevral 2020 11:57 DünyaGürcüstan Demokratik Respublikasının Qırmızı ordu tərəfindən işğalının 99 illiyi münasibətilə Gürcüstanın rəsmi dairələrində bayraqlar endirilib.
Bu məlumatı "Vzqlyad" qəzeti yayıb.
Qeyd edək ki, Mixail Saakaşvili 2010-cu ildə 25 fevralı "Sovet işğalı günü" elan edib. Bununla bağlı Tiflisdə sovet işğalı muzeyi yaradılıb.
Qırmızı ordu Gürcüstan Demokratik Respublikasını 1921-ci ilin fevralında işğal edib. Bir həftəlik döyüşlər nəticəsində Tiflisin işğalından sonra Gürcüstan hökuməti əvvəlcə Kutaisiyə, sonra isə Batumiyə köçürülüb. Bundan sonra hökumət Fransaya sığınıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31