Sabiha Gökçendəki qəzaya görə pilot həbs edildi
Sabiha Gökçendəki qəzaya görə pilot həbs edildi
25 Fevral 2020 10:04 Dünyaİstanbulun Sabiha Gökçen hava limanında uçuş zolağından çıxaraq qəzaya uğrayan təyyarənin pilotu Mahmut Arslan həbs edilib.
Olaylar.az xəbər verir ki, müalicə aldığı xəstəxanadan Anadolu Ədalət Sarayına gətirilən Mahmut Arslan "səhlənkarlıq səbəbindən ölümə və yaralanmağa səbəb olma" ittihamı üzrə həbs edilib.
Xatırladaq ki, fevralın 5-də İzmir-İstanbul aviareysini gerçəkləşdirən, 177 heyət sərnişin və 6 heyət üzvünün olduğu "Pegasus" hava yollarına məxsus təyyarə uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Qəzada 3 nəfər həlak olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31