Çinin bu fabrikində gündəlik 1.2 milyon tibbi maska istehsal edilir
Çinin bu fabrikində gündəlik 1.2 milyon tibbi maska istehsal edilir
24 Fevral 2020 18:25 DünyaÇinin cənubunda "Xingshi Equipments" şirkətinə məxsus fabrikdə koronavirusun yayılması səbəbiylə sürətlə artan tələbata görə gündə 1.2 milyon tibbi maska istehsal edilir.
Bu barədə məlumatı "Sinxua" Xəbər Agentliyi yayıb.
Agentliyin məlumatına görə, yuxarıda göstərilən şirkətlə yanaşı, daha 20 Çin şirkəti maska istehsalına başlamağı planlaşdırır.
31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda vətəndaşların koronavirus xəstəliyinə yoluxduğunu elan edib.
Xəstəliyin törədicisi "Covid-2019" rəsmi adı verilən yeni bir koronavirus növüdür.
KONKRET.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31