İranlı zəvvarlar ziyarətə buraxılmayacaq – Şok qərar
İranlı zəvvarlar ziyarətə buraxılmayacaq – Şok qərar
24 Fevral 2020 18:23 Dünyaİranın İraqdakı səfiri İrac Məscədi İraqın Səhiyyə naziri Cəfər Sadiq Əlləvi ilə bölgədə koronavirusun yayılmasına qarşı mübarizə yollarını müzakirə edib.
Görüşdə virus təhlükəsinə qarşı birgə əməkdaşlığın qurulması məsələsinə də toxunulub.
Müzakirə zamanı İraqda koronavirusun qarşısını almaq və nəzarət etmək üçün kifayət qədər vəsaitin olmaması səbəbindən İranlı səyyahların və zəvvarların İraqın quru sərhədlərini keçməsinə icazənin verilməməsi təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31