İraqda koronavirusa ilk yoluxma halı aşkarlanıb
İraqda koronavirusa ilk yoluxma halı aşkarlanıb
24 Fevral 2020 17:04 Dünyaİraqda yeni koronavirusa ilk yoluxma halı aşkarlanıb.
Bu barədə İraqın Səhiyyə Nazirliyi açıqlama yayıb.
Qeyd olunub ki, Nəcəf şəhərində iranlı tələbədə koronavirus aşkarlanıb.
Bildirilib ki, İran vətəndaşı koronavirusa yoluxması ilə əlaqədar karantinə alınıb və hazırda müalicə aparılır.
Xatırladaq ki, bundan əvvəl İraq hökuməti ilk koronavirusa yoluxma halının aşkarlandığı Küveytlə sərhəddəki Səfvan buraxılış məntəqəsini bağladıqlarını bildirmişdi.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31