İran XİN başçısı koronavirusu lağa qoydu

İran XİN başçısı koronavirusu lağa qoydu

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin avstriyalı həmkarı Aleksandr Şallenberq ilə görüşdə maraqlı hadisə yaşanıb.

İran XİN başçısı görüşdə koronavirus infeksiyasını lağa qoyub.

"And içirəm ki, koronavirusa yoluxmamışam. Koronavirusdan təsirlənməmişəm, salamlaşa bilərik", - o deyib.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə 12 nəfərin koronavirusdan öldüyünü, 47 nəfərin də infeksiyaya yoluxduğunu təsdiqləyib. 

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31