Qətərdə koronavirusla bağlı karantin başlayır

Qətərdə koronavirusla bağlı karantin başlayır

Qətər paytaxtı Dohaya İrandan və Cənubi Koreyadan hava yolu ilə gələn və yeni koronavirus əlamətlərinin göründüyü sərnişinlər dərhal müalicə olunacaqlar.

Bu barədə "Qatar Airways" şirkəti açıqlama verib.

Bildirilib ki, bu cür sərnişinlər "Hamad" tibb şirkətinin yoluxucu xəstəliklər mərkəzinə yerləşdiriləcəklər.

Eyni zamanda adıçəkilən ölkələrdən gələn və koronavirus əlamətlərinin olmadığı sərnişinlərdən evdə təcrid olunmuş vəziyyətdə qalmaları və ya 14 günlük karantin keçmələri xahiş olunacağı bildirilir.

Ötən gün Qətər Səhiyyə Nazirliyindən ölkədə koronavirusa yoluxma hallarının hələlik aşkarlanmadığı bildirilmişdi.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31