Müttəfiqi də Paşinyana qarşı çıxdı: Ard-arda səhvlər...
Müttəfiqi də Paşinyana qarşı çıxdı: Ard-arda səhvlər...
24 Fevral 2020 15:20 DünyaErmənistan hakimiyyəti "5-ci kolon"a strateji mövqe qazanmağa və ölkənin gələcəyini təhlükə altına qoymağa imkan yaradıb.
Bunu "1in.am" saytına müsahibəsində Sasna Srer katibliyinin üzvü Varujan Avetisyan deyib. O, hakimiyyətin bununla köhnə iqtidarın revanş imkanlarını artırdığını bildirib:
"Hazırkı hakimiyyət ard-arda səhvlər buraxır və "5-ci kolon"a münasibətdə qeyri-effektiv mübarizəni qəbul edib. Bununla da süni "qara-ağ" situasiyası yaradıb".
Qeyd edək ki, Sasna Srer terror qruplaşmasının partiyaya çevrilməsinə və üzvlərinin həbsdən buraxılmasına Paşinyan şərait yaradıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31