Koronavirus İranla sərhəd ölkəyə də keçdi
Koronavirus İranla sərhəd ölkəyə də keçdi
24 Fevral 2020 15:03 DünyaƏfqanıstanda da koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Olaylar.az xəbər verir ki, bunu Əfqanıstan Səhiyyə naziri Firuzuddin Feroz deyib. O, koronavirusa yoluxmanın Herat vilayətində qeydə alındığını deyib.
Feroz vilayətdə fövqəladə vəziyyət elan edildiyini bildirib.
Qeyd edək ki, Herat vilayəti Əfqanıstanın İran və Türkmənistanla sərhədində yerləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31