Ayı Kaliforniya şəhərini gəzdi və amerikalıları təəccübləndirdi

Ayı Kaliforniya şəhərini gəzdi və amerikalıları təəccübləndirdi

181 kiloluq bir ayı Kaliforniya ştatında yerləşən Monroviya şəhərinin küçələrində tapılıb.

Bu haqda məlumatı CNN televiziyası yayıb.

Heyvan şəhərdə insanlar arasında rahat gəzib.

Şahidlər ayının çox yorğun olduğunu və insanlara fikir vermədiyini söyləyib. Hətta küçə itləri ona hürməyə başlayanda da sakit qalıb.

Yırtıcını görən insanlar onu kameraya çəkməyə başlayıblar. Yerli sakinlər heyvanın insanlara bu qədər yaxınlaşdığına təəccübləniblər. Bəziləri hesab edirlər ki, ayı yemək axtarmaq üçün şəhərə gəlib.

"Ayı sadəcə yemək istəyirdi". Yerli sakinlərdən biri belə deyib.

Hadisə yerinə gələn mütəxəssislər heyvanı iynə ilə yatızdırdıqdan sonra meşə ərazisinə aparıblar.

KONKRET.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31