Uxanda 195 nəfər yenidən koronavirusa yoluxdu

Uxanda 195 nəfər yenidən koronavirusa yoluxdu

Çin həkimləri bildiriblər ki, Uxanda sağalmış 195 nəfər yenidən koronavirusa yoluxub.

Bu haqda məlumatı TASS agentliyi yayıb.

İnsanların təkrar yoluxmasının səbəbi hələ bilinmir.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda pnevmoniyanın baş qaldırdığını elan edib.

Xəstəliyin törədicisi, Covid-2019 rəsmi adı verilən yeni koronavirus növüdür. Son məlumatlara görə, dünyada virusa yoluxanların sayı demək olar ki, 79 min nəfərə çatıb. 2.6 mindən çox insan koronavirusun yayılması səbəbindən ölüb və 25 mindən çox xəstə sağala bilib.

KONKRET.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31