Ölmüş erməni hərbi qulluqçuların anaları Paşinyanla görüş tələb edirlər

Ölmüş erməni hərbi qulluqçuların anaları Paşinyanla görüş tələb edirlər

Bir neçə gün bundan öncə oğulları dinc şəraitdə ölmüş valideynlər və hüquq müdafiəçiləri Ermənistan hökumət binası qarşısında etiraz aksiyası həyata keçirib. Etiraz edən şəxslər tərəfindən yaradılmış "Əsgərin arxasında" təşəbbüsü Ermənistan ordusunda baş verən ölüm və intiharlarla bağlı məsələləri həll etmək və cavablar almaq məqsədilə Baş nazir Nikol Paşinyan və güc strukturları rəhbərləri ilə görüş tələb edib.
"Qeyd edirik, ki, tələblərimizlə bağlı lazımi cavab hələ də yoxdur, lakin təqim olunmuş tələblərin həlli məsələsində müəyyən qədər ilkin şərtlər var. Sübut edirik ki, vəzifəni öz üzərinə götürdükdən sonra Ermənistan Baş naziri tərəfindən orduda baş vermiş ölüm hadisələrinin aşkara çıxarılması ilə bağlı verilmiş göstərişlər müvafiq orqanlar tərəfindən yerinə yetirilməyib", - deyə müraciət məktubunda bildirib.

Ordu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31