İranda DƏHŞƏT: koronavirusdan ölənlərin sayı 50-ə çatdı
İranda DƏHŞƏT: koronavirusdan ölənlərin sayı 50-ə çatdı
24 Fevral 2020 13:25 Dünyaİranda koronavirusdan 50 nəfər dünyasını dəyişib.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin yarı rəsmi xəbər agentliyi İLNA məlumat yayıb.
Xəbərə görə, Qum şəhərində 50-dən çox insan epidemiya səbəbilə ölüb.
Rəsmi xəbərlərdə isə bu rəqəm 12-dir.
Qeyd edək ki, koronavirusun ortaya çıxdığı Çində 12 dekabrdan bəri ölümlərin sayı 2 min 619-a çatıb. 3 min 434 nəfərdə virusa yoluxma şübhəsi var. Müşahidədə saxlanılanların sayı 97 min 481 nəfərdir.
Bu günə qədər virusdan 24 min 724 nəfərin sağaldığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31