Yeməyin dadı xoşuna gəlmədiyi üçün arvadının qabırğalarını sındırdı
Yeməyin dadı xoşuna gəlmədiyi üçün arvadının qabırğalarını sındırdı
24 Fevral 2020 13:13 DünyaDəhşətli hadisə Rusiyanın Voronej vilayətində qeydə alınıb.
Məlumata görə, 42 yaşlı qadın vətəndaş nikahında olduğu ərinə yemək hazırlayıb, amma yeməyin dadı caninin xoşuna gəlməyib. Bu səbəbdən kişi arvadını ayaqları ilə təpikləyib, divandan qopardığı taxta parçası və kəmərlə qəddarcasına döyüb. Qabırğaları sınan qadın xəstəxanaya yerləşdirilib.
Əvvəllər qətl, adam döymə və silah-sursat saxlamaqla əlaqədar həbsdə yatan 53 yaşlı yerli sakin isə bu hadisə ilə əlaqədar üç il müddətinə azadlıqdan məhrum edilib.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31