Daha bir ölkə İranla əlaqələri dayandırdı

Daha bir ölkə İranla əlaqələri dayandırdı

Yeni növ koronavirus (Kovid-19) Bəhreyn və Küveytdə də yayılıb.

İranın Məşhəd şəhərini ziyarət etdikdən sonra Küveytə qayıdan 3 nəfərdə koronavirus aşkarlanıb.

Küveyt Səhiyyə Nazirliyi epidemiyaya yoluxanlardan birinin Səudiyyə Ərəbistanı, digərinin isə Küveyt vətəndaşı olduğunu açıqlayıb. Üçünçü şəxsin isə şəxsiyyəti tam dəqiqləşdirilməyib.

Bundan başqa, ölkədə ikinci bir əmrə qədər İrandan gələn gəmilərin girişinə məhdudiyyət qoyulub.

Bəhreyn Səhiyyə Nazirliyi isə epidemiyanın İrandan keçdiyini ehtimal edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31