Türkmənistanda ağsaqqalları prezidentin səfəri şərəfinə məcburən saatlarla məşq etdiriblər

Türkmənistanda ağsaqqalları prezidentin səfəri şərəfinə məcburən saatlarla məşq etdiriblər

Türkmənistan prezidentinin Türkmənabad şəhərinə səfəri şərəfinə ölkənin yaşlılarını məcburən saatlarla məşq etdiriblər.

Fevralın 21-də  prezident Qurbanqulı Berdımuxammedov Turkmənabad  şəhərində yeni tikilmiş məscidin açılışında olub.

Prezidentin səfərindən bir həftə öncə  yerli hakimiyyət orqanları  ağsaqqallar məscidin ətrafında ölkə başçısının necə qarşılanması, salamalaması, hər bir şəxsin harada dayanması ilə bağlı saatlarla məşq elətdirilbər.
Prezidentin səfərindən bir gün öncə isə ağsaqqalları  saat 17:00-dan gecə 23:00-dək məşq etdiriblər. Bu müdət ərzində ağsaqqallara nə yeməyə, nə də su içməyə icazə verilməyib.
Təlim zamanı bildirilib ki, ən hörmətli ağsaqqalların hər biri prezidenti salamlayacaq, kəndin yaşlıları isə həmin ağsaqqalın arxasında  sakitcə dayanacaq.
Təlimlər zamanı bir yaşlı şəkər xəstəliyindən əziyyət çəkdiyindən vəziyyəti pisləşərək yerə yıxılıb və huşunu itirib. Milli Təhlükəsizlik nazirliyinin əməkdaşları ətrafdakıları həmin insana ilkin tibbi  yardım etməyi qadağan ediblər. Həmin şəxsə tibbi yardım ancaq polis ərazindən götürüb kənara çıxardıqdan sonra  həkimlər tərəfindən edilib.
Ən maraqlısı isə odur ki,  ağsaqqallara günlərlə təlimlər keçirilsə də, prezident gələndə qeyri-müəyyən səbəblərdən  ölkə başçısı ilə görüşə buraxılmaması olub. Onların içərisindən ancaq bir neçəsi seilərək prezidentlə görüşə göndərilib, qalanları qapalı binanın içərisində saxlanılıb. Onlara ancaq xeyriyyə məqsədi ilə verilən naharda teleçəkiliş zamanı  süfrə arxasında keçməyə icazə verilib. 

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31