Gürcüstanda mədənçilər tətil elan etdi
Gürcüstanda mədənçilər tətil elan etdi
24 Fevral 2020 12:31 DünyaGürcüstanın Tkibuli şəhərində mədənçilər tətil elan ediblər.
"Report"un yerli bürosu xəbər verir ki, Dzidziquri adına mədənin işçiləri iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Mədənçilər ağır şəraitdə çalışdıqlarını və lokomativ zədələndiyindən 6 kilometrlik yolu piyada qət ediklərini deyiblər. Onlar yeni investorun mədəni bağlayacağını iddia edirlər.
Mədənin yeni rəhbərliyi işçilərlə danışıqlar aparmağa hazır olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31