Koronavirus Ermənistana da çatdı – Sərhədlər bağlanır
Koronavirus Ermənistana da çatdı – Sərhədlər bağlanır
24 Fevral 2020 12:30 DünyaErmənistanın Qafan rayonunda bir nəfərin kornavirusa yoluxması barədə məlumat yayılıb.
Adı açıqlanmayan həmin şəxs fevralın 23-də səhhətindəki problem səbəbindən xəstəxanaya müraciət edib.
İlkin tibbi müayinədən sonra onda koronavirus aşkar olunub. Xəstənin İrəvan şəhərində koronavirus üçün ayrılmış xəstəxanada karantin altına alındığı bildirilib.
Ölkənin aidiyyəti qurumları isə məlumatı təkzib edir.
Olayın mediaya sızdırılmasından sonra Ermənistan hökumətinin koronavirusun sürətlə yayıldığı qonşu İranla sərhədləri iki həftə ərzində bağlamaq qərarı verdiyi bildirilib.
Rəsmi məlumatlara görə, İranda 50-yə yaxın insanda yoluxma hadisəsi qeydə alınıb, 18 nəfər ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31