Pakistanda dəhşətli partlayış baş verdi

Pakistanda dəhşətli partlayış baş verdi

Pakistanın Kvetta əyalətində mayeləşdirilmiş təbii qaz silindrləri daşıyan avtomobildə partlayış olub.

Bu barədə "Samaa" agentliyi infomasiya yayıb.

Bildirilir ki, partlayış nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb. Ölənlərdən 1 nəfəri hadisə yerində, digərləri isə xəstəxanalarda dünyasını dəyişib.

Yaralılar yanıq xəsarətləri ilə xəstəxanalara aparılıb.

Partlayışın səbəbi hələlik məlum deyil.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31