Kolumbiyada minik avtomobili qatarla toqquşdu: ölənlər var

Kolumbiyada minik avtomobili qatarla toqquşdu: ölənlər var

Kolumbiyanın Syenaqa bələdiyyəsində (Maqdalena departamenti) minik avtomobili qatarla toqquşub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində avtomobildə olan 4 nəfər həlak olub.

Bildirilir ki, avtomobil dəmir yolu keçidindən keçməyə çalışıb və yaxınlaşan qatarı görməyib.

Qəza ilə bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31