Akhisarda daha bir güclü zəlzələ baş verdi

Akhisarda daha bir güclü zəlzələ baş verdi

Türkiyənin Manisa şəhərinin Akhisar ilçəsində 4,8 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri Akhisar şəhərindən 7 kilometr şimalda, ocağı isə 6,7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ İzmir, Bursa və Balıkəsir şəhərlərində də hiss edilib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31