Avstriya İtaliyadan gələn qatarları ölkəyə buraxmadı
Avstriya İtaliyadan gələn qatarları ölkəyə buraxmadı
24 Fevral 2020 11:10 DünyaAvstriya yeni növ koronavirus (Kovid-19) səbəbi ilə İtaliyadan gələn qatar reyslərini müvəqqəti olaraq dayandırıb.
İtaliyadan Avstriya hərəkət edən sərnişin qatarında 2 nəfər koronavirus səbəbi ilə Verona şəhərində xəstəxanaya yerləşdirilib.
Müayinədən sonra həmin şəxslərdə epidemiyanın əlamətləri aşkarlanmasa da, qatar Avstriyaya buraxılmayıb.
Məsələ ilə bağlı açıqlama verən Avstriya Daxili İşlər naziri Karl Nehammer qatarın ölkəyə girişini əngəllədiklərini deyib.
"Görüləcək tədbirlər və atılacaq addımlar İtaliya hakimiyyəti ilə razılaşdırılaraq həyata keçiriləcək", - nazir bildirib.
Qeyd edək ki, hal-hazırda sərnişin dolu iki qatar Avstriya-İtaliya sərhədində gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31