Çində koronavirusdan ölənlərin son statistikası
24 Fevral 2020 10:29 DünyaÇində koronavirus qurbanlarının sayı növbəti dəfə artıb.Teleqraf.com xəbər verir ki, Çin Xalq Respublikasının Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ölkədə virus epidemiyasından ölənlərin sayı 2 592 nəfərə çatıb.Məlumata görə, 24 734 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.Bildirilir ki, gün ərzində virusdan 150 ölüm hadisəsi qeydə alınıb, 1 846 nəfər evə buraxılıb. Hazırda Çində 77 150 nəfər virus daşıyıcısıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31