İranda parlament seçkilərinin nəticələri açıqlandı
24 Fevral 2020 06:22 Dünyaİranda parlament seçkilərinin nəticələri açıqlanıb.
Daxili İşlər naziri Rəmani Fəzlinin sözlərinə görə, seçici fəallığı 42,57 faiz olub. 11-ci parlament seçkilərində 24 milyon, 512 min 404 nəfər səs verib.
Qeyd edək ki, 290 yerlik parlamentdə təmsil olunmaq üçün 1578 nəfər namizədliyini irəli sürüb. Siyasi arenanın iki böyük qüvvəsi-mühafizəkarlar və islahatçılar arasında gedən mübarizədə mühafizəkarlar daha çox mandat əldə ediblər.publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31