Mübarəkin oğulları bəraət aldı
Misir məhkəməsi sabiq prezident Hüsnü Mübarəkin oğlanları - Ala və Camal Mübarəklə bağlı bəraət hökmü verib.
22 Fevral 2020 19:30 DünyaMisir məhkəməsi sabiq prezident Hüsnü Mübarəkin oğlanları - Ala və Camal Mübarəklə bağlı bəraət hökmü verib.
Olaylar.az xəbər verir ki, "birjada manipulyasiya" kimi tanınan məhkəmə işində Mübarəkin oğulları və 7 iş adamı haqqında bəraət hökmü verilib.
Qeyd edək ki, Misirdə 2012-ci ildə Mübarəkin 2 oğlu, 7 iş adamı, Misir Milli Bankının keçmiş idarə heyətindən olan 2 nəfər 2012-ci ildə bankın satışından 140 milyon dollar qeyri-qanuni qazanc əldə etməkdə ittiham olunurdu.
20 sentyabr 2018-ci il tarixli məhkəmə iclasında Ala və Camal Mübarəkin maliyyə zəmanəti ilə sərbəst buraxılması barədə qərar verilmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31