"MiG" təyyarələrində önəmli dəyişiklik - Pilotlar üçün...
"MiG" təyyarələrində önəmli dəyişiklik - Pilotlar üçün...
22 Fevral 2020 19:11 Dünya"MiG-35" döyüş təyyarələri avtomatik rejimdə eniş gerçəkləşdirə biləcək.
Bu barədə təyyarələrin istehsalçı şirkəti "MİG"in mətbuat departamenti informasiya yayıb.
Bildirilib ki, sistem üçün lazımi texnologiya yaradılıb və patenti alınıb.
Yeni rəqəmsal kompleksdə bir sıra yenilikçi blok mövcuddur. Çətin hava şəraitində pilotun təhlükəsizliyini artırır, pilotun avtomatik modda və daha qısa müddətə eniş orbitinə çatmasını təmin edir, görüntü ortaya çıxana qədər alçaqdan uçmağa davam edir.
"MiG"in baş direktoru İlya Tarasenko sistemi "MiG-35" və "Mig-29M/M2" kimi mövcud təyyarələrlə yanaşı, gələcəkdə istehsal olunacaq təyyarələrə də tətbiq etməyi planlaşdırdıqlarını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31