Ölümcül virus bu ölkəyə də çatdı
Ölümcül virus bu ölkəyə də çatdı
21 Fevral 2020 16:59 DünyaÇində ortaya çıxan yeni tip koronavirus (Kovid-19) dünyaya yayılmağa davam edir.
Ölümcül epidemiya İsraildə də aşkarlanıb.
İsrail Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, koronavirus 1 nəfərdə tapılıb. Həmin şəxs Yaponiyada karantinə götürülən "Diamond Princess" kruiz gəmisinin sərnişini olub. Gəmidən təxliyə edilən 11 İsrail vətəndaşı artıq vətənlərinə gətirilib. Onlar paytaxt Təl-Əviv yaxınlığındakı Ramat Qan bölgəsində fəaliyyət göstərən xəstəxanada karantində saxlanılır.
"Diamond Princess"dəki daha 4 İsrail vətəndaşı isə Yaponiyada müalicə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31