Siz 170 dollar maaşla yaşaya bilərsiniz? - Vətəndaş Putini qızartdı

Siz 170 dollar maaşla yaşaya bilərsiniz? - Vətəndaş Putini qızartdı

Rusiya Prezidenti Vladimir Putin müəllimi Anatoli Sobçakın məzarını ziyarət edib.

Olaylar.az AzNews.az-a istinadən xəbər verir ki, daha sonra bir qadın Putinə yaxınlaşıb və ona sual verib.

"Maaşınızın 800 min rubl olduğunu düşünürəm. Yəni təxminən 12.600 dollar. Pensiyam 10 min 800 rubldur (170 dollar). Bu pulla necə yaşayım? Mənə cavab verin. Siz bu maaşla yaşaya bilərsiniz?" - deyə qadın soruşub.

Verilən sualdan Putinin utandığı və üzünün qızardığı müşahidə edilib. O, suala cavab olaraq "Bu, məndən asılı deyil. Məndən daha çox maaş alanlar var. Ən çox maaşı prezident almır" deyib.

Putin qadına uşaqlı ailələrə dəstək üçün yeni dövlət proqramına start verildiyini deyib. Onun açıqlamalarından narazı qalan rus qadın hökumətin bu problemə həll yolu tapmalı olduğunu deyib, mağazalarda qiymətlərin yüksək olmasından şikayət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31