Poçt bağlamasında içində insan beyni olan şüşə qab tapıldı
Poçt bağlamasında içində insan beyni olan şüşə qab tapıldı
21 Fevral 2020 13:49 DünyaKanada və ABŞ-ın sərhəddində saxlanılan poçt maşınında içində bir adamın beyni olan şüşə qab tapılıb.
Bu barədə Lenta.ru xəbər yayıb.
Dəhşətli tapıntı patrul əməkdaşları tərəfindən Miçiqan ştatının sərhədində maşının kabinəsində aşkarlanıb.
Bankanın üstünə "Təlim üçün antik nümunə" yazılıbmış.
Sürücü şüşə qabı Kanadanın Toronto şəhərindən ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərinə apardığını deyib.
Patrul əməkdaşları insan beyninin daşınması üçün lazımi sənədlərin olmadığını əsas gətirərək qabı müsadirə ediblər.
Hadisə ilə bağlı yoxlamalara başlanılıb.
virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31