Sarkisyanın təyin etdiyi hakim onu mühakimə edəcək
Sarkisyanın təyin etdiyi hakim onu mühakimə edəcək
21 Fevral 2020 12:49 DünyaErmənistanın sabiq prezidenti Serj Sarkisyanın məhkəmə işini aparacaq hakim Vahe Misakyanın prosesdən imtina edəcəyi gözlənilir.
Bu barədə "Joxovurd" nəşri yazıb.
Misakyan Serj Sarkisyanın imzaladığı fərmanla 2017-ci ilin noyabrında hakim təyin edilib. Buna baxmayaraq, hakim ona təzyiq göstərilmədiyini deyib.
"Məni qorxutmadılar və qorxutmurlar. Bəli, mən qorxaq insan deyiləm", - deyə hakim sözügedən cinayət işindən imtina edəcəyinə dair məsələyə aydınlıq gətirib.
Sarkisyanın bir milyon dollar mənimsəməkdə ittiham olunduğu "dizel işi" üzrə məhkəmə iclası fevralın 25-də keçiriləcək.
Xatırladaq ki, Serj Sarkisyan fermerlər üçün nəzərdə tutulan dizel yanacağını dövlət satınalınmasında mənimsəməkdə ittiham olunur. Onunla birlikdə o vaxtkı kənd təsərrüfatı naziri Serqo Karapetyan, onun müavini Samvel Qalstyan (dizel alışını təşkil edən), həmçinin "Flash" şirkətinin sahibi Barseq Beqlaryan da təqsirli bilinir.
Azvision.az