Pensionerlərin yaşayış kompleksində ATIŞMA - 1 ölü, 3 yaralı

Pensionerlərin yaşayış kompleksində ATIŞMA - 1 ölü, 3 yaralı

ABŞ-ın Aydaho ştatında atışma baş verib. İnsident ştatın Kolduel şəhərində pensionerlərin yaşayış kompleksində qeydə alınıb.

Məlumata görə, naməlum şəxsin kompleksdə odlu silahdan açdığı atəş nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb. Xəsarət alanlar arasında 1 nəfərin polis əməkdaşı olduğu və bütün yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Polisin yaydığı məlumata görə, gecə saatalarında yaşlı insanların yaşadığı "Portstewart Apartments" kompleksində atəş açan həmin naməlum şəxs ölü tapılıb.

day.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31