Londonda məsciddə bıçaqlanma hadisəsi baş verib
Londonda məsciddə bıçaqlanma hadisəsi baş verib
21 Fevral 2020 11:47 DünyaLondonda məsciddə bıçaqlanma hadisəsi baş verib. Regent Park ərazisində yerləşən məsciddə 70 yaşlı müəzzinə bıçaqlı hücum edilib. Xəstəxanaya çatdırılan yaralının həyati təhlükəsi olmadığı açıqlanıb. Bıçaqlayan şəxs polis tərəfindən zərərsizləşdirilib. London polisi hücumun terrorla əlaqəli olmadığını açıqlayıb. Baş nazir Boris Conson şəxsi "Tvitter" hesabından hücum barədə xəbərin onu narahat etdiyini, bunun xüsusilə ibadət yerində baş verməsinin çox pis olduğunu yazıb.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31