Çelyabinsk sakini Putinə təqaüdündən 1 rubl 10 qəpik göndərdi
Çelyabinsk sakini Putinə təqaüdündən 1 rubl 10 qəpik göndərdi
20 Fevral 2020 17:43 DünyaÇelyabinsk sakini Yelena Karpenya Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə bu ilin yanvar ayında aldığı pensiyasının artımını göndərib.
Bu barədə məlumatı 74.ru nəşri yayıb.
Qeyd olunur ki, 6.6% indeksləşdirildikdən sonra onun pensiyası 1 rubl 10 qəpik artıb.
Karpenyanın sözlərinə görə, onlar 33 il məktəbdə ingilis dili müəllimi işləyiblər və buna baxmayaraq ona yalnız 7200 rubl təqaüd təyin edilib. Bu il isə o məbləğ 9225 rubl olub.
"Belə insanları alçaltmamaq daha yaxşı olardı" deyən qadın Kremlə məktub göndərmək üçün 81 rubl ödədiyini söyləyib.
O xatırladıb ki, keçən il də pensiyaçılar müavinətlərinin artımını prezidentə göndəriblər, amma nəticədə ödənişləri artmayıb.
KONKRET.az