Suriyada doğulan dördəmə Rəcəb, Tayyib, Ərdoğan və Əminə adları qoyuldu
Suriyada doğulan dördəmə Rəcəb, Tayyib, Ərdoğan və Əminə adları qoyuldu
20 Fevral 2020 17:32 DünyaSuriyanın Afrin şəhərində bir ailədə dördəm dünyaya gəlib.
Uşaqlara Rəcəb, Tayyib, Ərdoğan və Əminə adları qoyulub.
"Rəcəb Tayyib Ərdoğan hamımızın evə dönüş ümididir. Biz ona güvənirik və övladlarımı kəndimdə, evimdə böyütmək istədiyimə görə hörmətli Ərdoğan və xanımı Əminənin adını uşaqlarıma verdim", - dördəmin atası açıqlayıb.
Qeyd edək ki, dördəmləri ailəsi hazırda qızğın döyüşlərin getdiyi Serakib şəhərindən bir müddət öncə Afrinə köçüb.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31