İdman klubunda PARTLAYIŞ - 3 nəfər öldü
İdman klubunda PARTLAYIŞ - 3 nəfər öldü
20 Fevral 2020 16:28 DünyaƏfqanıstanın Cəlalabad şəhərində güclü partlayış baş verib. İnsident Nanqarhar vilayətində idman klublarının birində qeydə alınıb.
Əfqanıstanın "Ariana News" rəsmi telekanalının verdiyi məlumata görə, partlayış bilyard zalında baş verib. Partlayış nəticəsində 3 nəfər dağılan tavanıın altında qalaraq ölüb. Daha 3 nəfərin yaralandığı deyilir, yaralılar xəstəxanaya yerləşdirilib.
Cəlalabad polisi idman klubundakı insidentlə bağlı araşdırmalara başlayıb.
day.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31