Keçmiş prezident 17 il həbs cəzası alıb
Keçmiş prezident 17 il həbs cəzası alıb
20 Fevral 2020 15:12 DünyaCənubi Koreyada məhkəmə 2018-ci ildə 15 illik həbs cəzasına etiraz edildikdən sonra sərbəst buraxılan keçmiş prezident Lee Myung-bakı "rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamı ilə yenidən 17 il həbs cəzasına məhkum edib. Keçmiş prezident məhkəmədən sonra həbsxanaya göndərilib.
2008-2013-cü illərdə Cənubi Koreyada prezident vəzifəsini icra edən Li, 2018-ci ildə 15 illik cəzasını azaltmağı xahiş etdikdən sonra daha ağır cəzaya məhkum edilib.
Seulda məhkəmə Leechr("39")nin vəzifəsindən sui-istifadə etmə ittihamından peşman olmadığını, əksinə işlədiyi şəxsləri günahlandırdığını bildiib.
Məhkəmə Linin 17 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Cənubi Koreyada 2018-ci ildə "rüşvət və vəzifədən sui-istifadə" ittihamı ilə həbs olunan və 15 il azadlıqdan məhrum edilmiş keçmiş prezident Lee Myung-bak girov müqabilində sərbəst buraxılıb. Daha sonra Lee qərara etiraz edib.
Keçmiş prezident Li 2008-2013-cü illərdə xidmət edərkən xüsusi xidmət orqanlarından, iş adamlarından və digərlərindən təxminən 10 milyon dollar rüşvət aldığı iddia edilib.
sia.az