“Copy-past”ın ixtiraçısı vəfat etdi
“Copy-past”ın ixtiraçısı öldü
20 Fevral 2020 14:57 DünyaAmerikalı informatik Larri Tesler 74 yaşında ABŞ-da vəfat edib.
"Daily Mail" qəzetinin yazdığına görə, Tesler kompüterdə "kəsmək, kopiya etmək və yapışdırmaq" əmrlərini icad edib.
"Larri Tesler "Xerox"un elmi əməkdaşı, "kəsmək, kopiya etmək və yapışdırmaq" əmrinin və digər bir çox ixtiraların müəllifi idi. Onun inqilabi ideyaları sayəsində sizin iş gününüz daha da asanlaşıb", - deyə "Xerox" kompaniyasının "Twitter"dəki məlumatında bildirilir.
L.Tesler 1965-ci ildə Stanford Universitetini bitirib, 1973-cü ildə "Xerox PARC" elmi-tədqiqat mərkəzinə qoşulub. 1980-ci ildən 1997-ci ilə qədər "Apple"da işləyib. Daha sonra "Amazon" və "Yahoo!" da daxil olmaqla bir neçə korporasiya ilə əməkdaşlıq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31