395 mindən çox suriyalı terrordan təmizlənən bölgələrə qayıtdı

395 mindən çox suriyalı terrordan təmizlənən bölgələrə qayıtdı

Türkiyə Miqrasiya Xidmətinin rəisi Abdulla Ayaz 395 mindən çox suriyalının Türkiyənin terrordan təmizlədiyi bölgələrə qayıtdığını söyləyib.

Olaylar.az bildirir ki, Türkiyədəki suriyalılar haqqında məlumat verən A.Ayaz qeyd edir ki, hal-hazırda ölkəmizdə 3 milyon 573 min suriyalı var: "Terrordan təmizlədiyimiz bölgələrə qayıdan suriyalıların sayı isə 395 mini keçib. Qayıdışlar davam edir. Sülh çeşməsi əməliyyatından sonra da qayıdışlar başlayıb. Qarşıdakı dövrdə bu sayın artacağını gözləyirik" - deyə bildirib.

İdlibdəki prosesi və rejimin hücumlarını da şərh edən A.Ayaz Əsəd rejiminin atəşkəs rejiminə əməl etmədiyin vurğulayıb: "Atəşkəs elan edilib, ancaq rejim buna əməl etmir. İdlibdəki hücumlarını davam etdirir. Bunun nəticəsidir ki, sərhədlərimizə doğru bir hərəkətlilik oldu. 350 mindən çox insan yollara düşmək məcburiyyətində qaldı. Əvvəllər də qeyd etdiyimiz kimi, bu insanlar mütləq sərhədin o tayında qalacaq və orada saxlanılacaq."

Abdulla Ayaz bildirir ki,  Fövqəladə Halların İdarə Olunması Agentliyi başda olmaqla, Türk Qızılay Cəmiyyəti və digər QHT-lər sərhədin o tayında yeni düşərgələr salınması və gələn insanlara humanitar yardımlar edilməsi üçün ciddi səy göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31