Almaniyada atışma törədən şəxs evində ölü tapıldı
Almaniyada atışma törədən şəxs evində ölü tapıldı
20 Fevral 2020 10:26 DünyaAlmaniyanın Hanau şəhərində atışmada səkkiz nəfər dünyasını dəyişib.
Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Bild" xəbər verib.
Prokurorluqda azı 2 nəfərin öldüyünü təsdiqləyiblər. Öz növbəsində, polis daha beş nəfərin ağır yaralandığını bildirilib.
"Hessenschau" nəşri xəbər verir ki, naməlum şəxs iki yerli qəlyanxanada atəş açıblar. Mənbənin məlumatına görə, əvvəlcə hücum edən şəxs şəhərin mərkəzindəki qəlyanxanada üç nəfəri, daha sonra Kesselştadi rayonundakı obyektdə beş nəfəri güllələyib.
Hanau şəhərində atışma törətməkdə şübhəli bilinən şəxs evində ölü tapılıb.
Ehtimal olunan cinayətkarın yanında daha bir cəsəd tapılıb.
İstintaq davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31