İranda səfərdə olan İtaliya vətəndaşı İslamı qəbul edib

İranda səfərdə olan İtaliya vətəndaşı İslamı qəbul edib

Gülüstan vilayətinin Qorqan şəhərinə səfər edən italiyalı Adriano Nolini müsəlmanlığı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Qorqan cümə məscidinə gələn A.Nolini buradakı din xadimlərinə Məhəmməd Peyğəmbərin həyat və fəaliyyətini dərindən öyrəndiyini, bundan təsirləndiyini və İslam dini qəbul etmək qərarına gəldiyini bildirib.

İslamı qəbul edərək Məhəmməd adı alan italyan A.Nolini Qorqanlı qadınla evlənmək istədiyini də bildirib. Onun istəyinin dinə zidd olmadığı bildirilib.

Qeyd edək ki, Gülüstan vilayəti İranın Xəzər dənizi sahilində yerləşir. Burada farslar, türklər, talışlar, qazaxlar, türkmənlər, sistanlar və başqa etnik qruplarla yanaşı, xristian və yəhudi dini azlıqlar da yaşayırlar. Adından da göründüyü kimi Gülüstan İranın ən gözəl təbiətə malik olan vilayətidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31