Gecə klubunda sabiq deputatın ərinin bahalı telefonu oğurlanıb
Gecə klubunda sabiq deputatın ərinin bahalı telefonu oğurlanıb
19 Fevral 2020 19:03 DünyaGecə klubunda rusiyalı tanınmış ictimai-siyasi xadim, sabiq deputat və prezidentliyə namizəd İrina Xakamadanın əri Vladimir Sirotskinin bahalı "iPhone 11 "ağıllı telefon"u oğurlanıb.
Telefonun oğrulanması ilə bağlı İrina Xakamadanın əri V.Sirotinskiy polisə müraciət edib.
Vladimir Sirotinskiy bildirib ki, oğurluq onun ad günüdə baş verib. Belə ki, şənbə günü, daha doğrusu fevralın 15-də gecə Vladimir arvadı İrina ilə Moskvada Kosmodamianskaya sahilində "Community" gecə klubunda səhərədək əyləniblər. Evə döndükdən sonra Vladimir telefonunun olmadığını görür.
Yaranmış vəziyyətlə bağlı olaraq 63 yaşlı Vladimir polisə müraciət edib. Müraciətdə deyilir ki, fevralın 15-də gecə saat 2:00-dan səhər 6:00-dək olan radələrdə naməlum şəxs onun "iPhone 11" mobil telefonun oğurlayıb. Polis hazırda bahalı teleonun kim tərəfindən oğurlanmasını araşdırır.
Ölkə.Az