İnsan sümüklərindən hörülən divar kəşf edildi
İnsan sümüklərindən hörülən divar kəşf edildi
19 Fevral 2020 18:38 DünyaBelçikalı arxeoloqlar Gente şəhərindəki Müqəddəs Bavona kilsəsinin qazıntıları zamanı qeyri-adi divarla rastlaşıblar. Divar insan sümüklərindən hörülüb.
"The Brussels Times" qəzetinin xəbərinə görə, divar əsasən baldır və bud sümüklərindən hörülüb. Aralarına isə kəllə sümüyü doldurulub.
Bəzi qalıqlar XV əsrin ortalarına aid olsa da, sümük divar XVII-XVIII əsrə aiddir. Alimlərin fikrinə əsasən, divar qəbirstanlıq yerinin təmizlənməsi zamanı inşa edilə bilərdi.
Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31