Sərnişin təyyarəsində qorxulu anlar – Şok görüntü
Sərnişin təyyarəsində qorxulu anlar – Şok görüntü
19 Fevral 2020 18:35 DünyaMərakeşdən Belçikaya uçan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.
Ryanair şirkətinə məxsus sərnişin təyyarəsi Mərakeşin Ucda şəhərindən Brüsselə uçarkən, Belçika hava məkanına daxil olduqdan sonra Dennis fırtınasının təsirinə məruz qalıb.
Görüntülərdə sərnişinlərin qarşılarındakı oturacaqdan möhkəm tutduları əks olunub. Arxa oturacaqlarda oturan sərnişinlərin bəzilərinin ağladığı, bəzilərinin isə dua etdiyi nəzərdən qaçmır. Hətta bəzi sərnişinlərin "La ilahə illallah, Mühəmmədən Rəsulallah" dediyi məlum olub.
Sərnişin təyyarəsi Brüsselin hava limanına təhlükəsiz eniş edib və hər hansı problem ortaya çıxmayıb.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31