Putin Sobçakın əlini sıxdı - Foto

Putin Sobçakın əlini sıxdı - Foto

Rusiyanın Vasilyevski adasında Sankt-Peterburq şəhərinin ilk meri Anatoli Sobçakın ölümünün 20-ci ili ilə əlaqədar abidənin açılışı olub.

Mərasimdə Prezident Vladimir Putin də iştirak edib.

Dövlət başçısı Sobçakın xanımı Lyudmila Narusova ilə görüşdükdən sonra mərhum merin qızı, jurnalist və teleaparıcı, xüsusilə də Putinə qarşı müxalif olan Kseniya Sobçakla əl-ələ görüşüb.

Qeyd edək ki, 2018-ci il Rusiyada keçirilən prezident seçkilərində Kseniya Sobçak Vladimir Putinin rəqiblərindən biri olub.

Xatırladaq ki, Anatoli Sobçak 1991-1996-cı illərdə şəhərə rəhbərlik edib. O zamanlar Putin onun komandasında çalışıb. Sobçak 2000-ci ilin fevralında kəskin ürək çatışmazlığından vəfat edib.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31